22 noyabr 2019, 18:00

Şükran Kazımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərin, o cümlədən Horadizin azad edilməsi üçün aparılan əməliyyatın iştirakçısı olmuşam. Müdrik siyasətiniz nəticəsində bərpa edilən Cocuq Mərcanlıya ilk girən əsgərlərdən biriyəm. Uzun müddət ön cəbhədə Vətənin keşiyini çəkmişəm.

Cənab Prezident, apardığınız daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyirəm. Respublikada aparılan islahatlar, korrupsiya ilə mübarizə, sosialyönümlü tapşırıqlarınız ölkədə bərqərar olan sabitliyin möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın davamına xidmət edir. Xalqımız da bunu yüksək dəyərləndirir və Sizin arxanızdadır. Sabitliyi pozmağa çalışan, ölkənin imicinə xələl gətirən qüvvələrə isə “yox!” deyərək Sizə etimad göstərdiyimizi bir daha bəyan edirik.

Bu gün Azərbaycan xalqı inkişaf etmiş, əmin-amanlıq şəraitində olan ölkədə yaşayır. Sosial vəziyyətimiz, rifahımız günbəgün yaxşılaşır. Bu uğurlar Sizin gərgin əməyiniz sayəsində əldə olunmuşdur. Göstərdiyiniz diqqət və qayğıya, dövlətimiz və xalqımız yolunda çəkdiyiniz zəhmətə görə Sizə minnətdarlıq bildirir, daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Kazımov Şükran Arif oğlu

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.