Daşqın Cəbiyevdən, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən bir gənc olaraq çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.
Hörmətli cənab Prezident, Sizin biz gənclərə dəstək və diqqət göstərməyiniz nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Cənab Prezident, Sizin tərəfinizdən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.
Cənab Prezident, Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq Sizin siyasətinizin uğurlarını təbliğ etməyi özümə başlıca vəzifə hesab edirəm və bu işin öhdəsindən layiqincə gəlməyə çalışıram.
Hörmətli cənab Prezident, biz gənclərə göstərdiyiniz etimadı alqışlayır və Sizə təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm və gələcək işlərinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Cəbiyev Daşqın Elçin oğlu
Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.