Şamama Əliyevadan, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların daha yaxşı yaşamasına, rifahımızın yüksəlməsinə xidmət edir. Ölkəmizdə elə bir bölgə, elə bir sahə yoxdur ki, Sizin diqqətinizdən kənarda qalsın. Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün ayırdığınız maliyyə vəsaiti də bu diqqətin tərkib hissəsidir.
Mən bütün ömrümü əməyə, zəhmətə həsr edən bir şəxs kimi daim Ulu Öndərin yerlərdə əmək adamları ilə görüşlərinin, onlara dəyərli məsləhətlər verməsinin, qayğısını heç kimdən əsirgəməməsinin şahidi olmuşam. Siz də onun şərəfli yolunun davamçısı kimi daim xalqın yanındasınız.
Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Biz bilirik ki, Sizin gördüyünüz işlər nəticəsində gələcək nəsillər daha rahat, daha firavan yaşayacaqdır. Şəhərimizin əhalisini sevindirdiyinizə görə bütün yevlaxlılar adından Sizə minnətdarlığımızı bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Əliyeva Şamama Tanrıverdi qızı, Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı.
Azərbaycan Respublikası, Yevlax şəhəri.