Ülviyyə Hacıyeva və Məryəm Hüseynovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Uzun illər çəkdiyimiz əziyyətə son qoyaraq “Qobu Park-2” yaşayış kompleksində bizi mənzillə təmin etdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Yağı düşmən tərəfindən torpaqlarımızın işğalı nəticəsində məcburi köçkün düşdükdən sonra müvəqqəti sığınacaqlarda ağır şəraitdə yaşayırdıq. Bir milyondan çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması əlbəttə ki, dövlətimizin prioritetlərindəndir. Bu məsələnin tədricən həll olunması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, yaşayış komplekslərinin sitifadəyə verilməsi həm bizi sevindirir, həm də Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqətini göstərir.
Əziz Prezidentimiz, Allah Sizə cansağlığı versin, dövlətimizin və xalqımızın, ailənizin, övladlarınızın daha xoş günlərini görməyi qismət eləsin. Çətinlikdən qurtardığınız, problemlərini həll etdiyiniz, min bir dərdinə şərik çıxdığınız milyonlarla insanın duaları hər zaman Sizinlədir.
Hörmətlə,
Hacıyeva Ülviyyə
Hüseynova Məryəm, Ağdam rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.