19 noyabr 2019, 13:00

Ağakərim Ələkbərov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Qarabağ müharibəsi əlilləri Sizin daimi qayğınızla əhatə olunublar. Sosial rifahımızın yaxşılaşdırılması ilə yanaşı, biz vaxtında müalicə olunur, lazımi protezlərlə təmin edilirik.

Bir neçə gün bundan əvvəl Naftalan şəhərində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Regional Bərpa Mərkəzi biz Qarabağ müharibəsi əlilləri üçün çox mühüm səhiyyə ocağıdır. Müasir tibbi-reabilitasiya aparatları, lazımi avadanlıqlarla təchiz olunan bu müəssisənin sağlamlığımızın keşiyində daha etibarlı dayanacağına əminik. Hədsiz dərəcədə sevinirik ki, dövlətimiz biz əlillər üçün belə gözəl şərait yaradır.

Əziz Prezidentimiz, göstərilən qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah Sizə daim möhkəm cansağlığı, uzun ömür qismət eləsin.

Hörmətlə,

Ələkbərov Ağakərim Ələkbər oğlu

Əhmədov Müzəffər Hidayət oğlu

Qurbanov Vüsal Dostəli oğlu

Bağırova Sürəyya Heydər qızı – Qarabağ müharibəsi əlilləri.

Azərbaycan Respublikası, Gəncə şəhəri.