Faiq Məmmədovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışınız zamanı dediyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri cəbhə bölgəsində yaşayan biz tərtərlilərin ürəyini qürur hissi ilə doldurdu.
Cəbhə bölgəsində yaşayan insanlar müharibənin hər ağrı-acısını görmüşlər. Tərtərdə elə bir küçə tapılmaz ki, oradan torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edən olmasın. Şəhid də vermişik, evlərimiz də dağılıb, ancaq düşmənlə həmişə layiqli mübarizə aparmışıq.
Sizin - Ali Baş Komandanımızın əmri ilə əzəli torpağımız olan Qarabağı düşmən işğalından azad etməyə kiçikdən-böyüyə hər kəs hazırdır. Qarabağ bizimdir, bizim də olacaq.
Hörmətlə,
Məmmədov Faiq.
Azərbaycan Respublikası, Tərtər rayonu.