Yalçın Adıgözəlovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycanın zəngin mədəniyyətinin təmsilçisi olmaq şərəfli, qürurverici, eyni zamanda, məsuliyyətlidir. Bu işdə kiçik töhfəmi yüksək qiymətləndirərək məni ölkəmizin ən nüfuzlu mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif etməyiniz məndə sonsuz ruh yüksəkliyi yaratdı. Sizin bu mükafatı yalnız mənə deyil, bütün Azərbaycan incəsənətinə verilən növbəti yüksək qiymət kimi dəyənləndirirəm.
Cənab Prezident, Sizə səmimi və sonsuz minnətdarlığımı bildirərək əmin edirəm ki, bundan sonra da Azərbaycan musiqi mədəniyyətinin təbliği, təmsili və inkişafı üçün əlimdən gələni əsirgəməyəcəm.
Möhtərəm cənab Prezident, ölkəmizin inkişafı, Azərbaycanın bütün dünyada sülhsever ölkə kimi tanınması istiqamətində gördüyünüz böyük işlərdə Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzu edirəm.
Azərbaycanın mədəniyyət işçilərinin bir nümayəndəsi kimi Sizi əmin edirəm ki, bizə hər zaman güvənə bilərsiniz. Biz daim Sizin yanınızdayıq, müdrik siyasətinizi daim dəstəkləyirik.
Hörmətlə,
Adıgözəlov Yalçın, Azərbaycanın xalq artisti.
Azərbaycan Respublikası, Bakı şəhəri.