05 noyabr 2019, 18:30
Baloğlan Ağamalıyevdən, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycanı dünyada ən inkişaf etmiş ölkələr sırasına çıxarıb. Şəhərlərimizlə bərabər, rayonlarımız, kənd və qəsəbələrimiz də yüksək surətlə inkişaf edir və gözəlləşir. Yaşadığım Neftçalaya göstərdiyiniz qayğı və diqqət nəticəsində son illərdə rayonumuzun siması tanınmaz dərəcədə dəyişib.
Hörmətli cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və Neftçala rayonunun şəhid ailələri adından Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, cansağlığı arzulayır, gələcək işlərinizdə daha böyük uğurlar diləyirəm.
Hörmətlə,
Ağamalıyev Baloğlan Rəhman oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Neftçala rayonu, Bankə qəsəbəsi.