İqbal Quliyevdən, Astara, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz ərçivanlılar Sizin dövlət və xalq qarşısındakı əvəzsiz xidmətlərinizi yüksək qiymətləndirir və daim Sizi dəstəkləyirik.
Sizin sayənizdə ölkəmiz sürətli sosial-iqtisadi inkişafa nail olub. Son illərdə yüzlərlə yeni istehsal müəssisəsi açılıb, kənd təsərrüfatı sahələri genişləndirilib və dirçəldilib. Ölkəmizin cənub qapısı sayılan Astara bu inkişafdan ən çox pay götürən rayonlardan biridir desəm, yəqin ki, yanılmaram.
Rayonumuz üçün spesifik sayılan kənd təsərrüfatı sahələri, xüsusilə sitrusçuluq Sizin bilavasitə diqqətiniz sayəsində özünün intibah dövrünü yaşayır. Biz rayon sakinləri də elə bunu istəyirik. Çünki təsərrüfat sahələrinin genişlənməsi yeni iş yerlərinin yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində əhalinin məşğullluğunun təmin edilməsinə, insanların güzəranının yaxşılaşmasına səbəb olur. İş olan yerdə həmişə ruzi-bərəkət də olubdur.
Cənab Prezident, biz Sizdən çox razıyıq. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Allah evinizdən ruzi-bərəkəti əskik etməsin.
Hörmətlə,
Quliyev İqbal Xeyrulla oğlu
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.