05 noyabr 2019, 11:25

Telman Məmmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Bir milyondan çox qaçqın və məcburi köçkünü olan, müharibə şəraitində yaşayan Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu artıq dünya ölkələri üçün örnəkdir. Dünyanın bir çox yerlərində, hətta inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül yaşandığı halda Sizin dərindən düşünülmüş siyasətinizin nəticəsində Azərbaycan inkişaf dövrü yaşayır.

Xarici siyasətdəki uğurlarınız gələcək nəsillərin firavan yaşamasına xidmət edir. Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında tarixi faktlara əsaslanan çıxışınız tədbir iştirakçıları ilə yanaşı, xalqımız tərəfindən də alqışlandı, bizə sevinc və fəxarət hissi yaşatdı. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökümət başçılarının XVIII Zirvə Görüşünün və digər nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycanın xarici əlaqələrinin inkişafına, haqq səsinin dünyaya çatdırılmasına xidmət edir.

Cənab Prezident, Sizin diqqət və qayğınızdan biz məcburi köçkünlər də çox bəhrələnirik. Siz on minlərlə məcburi köçkünü yeni mənzillərlə təmin etmisiniz. Müavinətlərimiz, maaşlarımız, pensiyalarımız vaxtaşırı artır, övladlarımız ölkənin ali təhsil müəssisələrində ödənişsiz təhsil alır.

Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, haqq səsimizin dünyaya çatdırılması üçün gördüyünüz işlərə, həmçinin xalqın daha yaxşı yaşaması üçün atdığınız addımlara görə bütün məcburi köçkünlər adından Sizə minnətdarlığımızı bildirir, Ulu Tanrıdan cansağlığı, uzun ömür diləyir və uğurlar arzu edirəm.

Hörmətlə,

Məmmədov Telman Əziz oğlu, Qarabağ müharibəsi veteranı, Zəngilan rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu.