04 noyabr 2019, 16:55

Həsən Kərimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Daim xalqın içərisində olan bir vətəndaş kimi Sizə yazmaqla ictimai fikri və xalqımızın düşüncələrini Sizin diqqətinizə çatdırmaq istəyirəm.

İlk növbədə, onu deyim ki, mən və mənim kimi milyonlarla Azərbaycan vətəndaşı Sizin yanınızdayıq və Sizi dəstəkləyirik. Müxalifət sıralarında yer alan, xarici ölkələrə sığınıb Azərbaycana qarşı qarayaxma kampaniyalarında iştirak edən Vətən, millət xainləri cəmiyyətimizdəki ümumi ab-havaya heç bir təsir göstərə bilməz. “Aşıq gördüyünü çalar” deyiblər, xalqımız da gördüyünü görüb, kimin yanında olacağına, kimi dəstəkləyəcəyinə çoxdan qərar verib. Onların hər bir təxribatının, hər bir çirkli və məkrli oyununun qarşısında biz varıq.

Biz daim Sizinləyik, cənab Prezident! Allah Sizi və ailənizi pənahında saxlasın.

Hörmətlə,

Kərimov Həsən Mirsaleh oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.