04 noyabr 2019, 16:00

İsmət Rüstəmovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyinizlə Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan ölkə kimi tanınır. Həyatımızın bütün sahələrində inkişaf baş verir, insanların rifahı gündən-günə yaxşılaşır. Həyata keçirdiyiniz genişmiqyaslı iqtisadi islahatlar ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətlə yerinə yetirilməsinə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Əməkhaqqları, pensiyalar ilbəil artır, yeni iş yerləri yaradılır.

Müraciətim əsasında Sumqayıt şəhərində işlə təmin edilməyim ailəmin maddi vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Maaşların qaldırılması isə sevincimizi birə-beş artırdı.

Xalqın rifahının yaxşılaşdırılması üçün atdığınız addımlara görə ailəm adımdan Sizə - ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısına təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. İnanıram ki, Sizin uzaqgörən siyasətinizin nəticəsi olaraq Azərbaycan gələcəkdə daha da inkişaf edəcəkdir. Gələcək nəsillərimiz də sülh və əmin-amanlıq şəraitində yaşayaraq ölkəmizin inkişafı naminə çalışacaqlar.

Hörmətlə,

Rüstəmov İsmət İsbəndiyar oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.