Rza Əliyevdən, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı dərin məzmunlu və cəsarətli çıxışınıza görə Sizə minnətdarıq.
Dünyanın bir çox ölkə liderlərinin və tanınmış beyin mərkəzlərinin ekspertlərinin qarşısındakı çıxışınız Ermənistanı mat vəziyyətində qoydu. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün Qarabağsız mümkün olmadığını vurğuladınız, əsl həqiqətin nədən ibarət olduğunu bir daha diqqətə çatdırdınız.
Cənab Prezident, əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, xalqımız Qələbə gününü bayram edəcəkdir. Bu şərəfli yolda Sizi dəstəkləyir, Sizə uğurlar diləyirik.
İkinci Alıbəyli qəsəbəsinin sakinləri adından hörmətlə,
Əliyev Rza İsmayıl oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.