02 noyabr 2019, 12:15

Əli Nurzadədən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Azərbaycan mədəniyyətinə, incəsənətinə, teatrına və mənə olan diqqət və qayğınıza görə Sizə təşəkkür edirəm. Bu diqqətin özü şəxsən mənim üçün ən ali mükafatdır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə verdiyiniz Sərəncama əsasən “Xalq artisti” fəxri adı ilə təltif olunmağım məni həm sevindirir, həm də yeni yaradıcılıq uğurlarına səsləyir.

Biz - ulu öndər Heydər Əliyev məktəbinin əsgərləri Sizə cansağlığı, uzun ömür arzu edirik. Allahdan Sizə həmişə ucalıq diləyirik.

Hörmətlə,

Nurzadə Əli Qayıb oğlu, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.