02 noyabr 2019, 12:05

Taleh Əsədov və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Soçi və Aşqabad şəhərlərində keçirilən beynəlxalq səviyyəli tədbirlərdə etdiyiniz dəyərli çıxışlarınıza görə Sizi təbrik edirik. Dövlət və hökumət başçılarının, nüfuzlu şəxslərin iştirak etdikləri belə mötəbər tədbirlərdə söylədiyiniz sözləri, Ermənistan baş nazirinin reallığa sığmayan bəyanatına layiqli cavabınızı böyük fərəh hissi ilə qarşıladıq.

“Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri təkcə ölkəmizdə deyil, dünyada məşhurlaşmışdır. Sosial şəbəkələrdə, xarici saytlarda biz bunun şahidi oluruq.

Cənab Prezident, Sizə cansağlığı, yeni-yeni uğurlar arzu edirik. Biz hər zaman Sizinləyik.

Mingəçevir şəhərində fəaliyyət göstərən Ağdam rayon köçkün orta məktəblərinin kollektivləri adından hörmətlə,

Əsədov Taleh Oruc oğlu

Əliyeva Zülfiyyə Qanboy qızı

Məhərrəmova Lalə Ələkbər qızı

Muradov Eldar Xanlar oğlu

Mustafayev Rasim Murtuza oğlu və başqaları (cəmi 8 nəfər).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.