01 noyabr 2019, 14:00

Ruzanna Məmmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk növbədə, Sizi salamlayır, ölkəmizdə gənclərə geniş imkanlar açdığınıza görə Sizə “Çox sağ olun!” deyirəm.

Mən Masallı rayonunun Mişkəmi kəndində anadan olmuşam. Hazırda Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayıram. Bu rayonda yerləşən 76 saylı tam orta məktəbin 8-ci sinifində təhsil alıram. 2011-ci ildən idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlamışam. İdmana ilk addımlarımı atdığım Hövsan Olimpiya İdman Kompleksində yaradılmış şərait bizi daha da həvəsləndirirdi. Respublikamızda keçirilən bir neçə turnirin qalibi olmuşam.

Bunları yazmaqda məqsədim odur ki, gənclərə, idmançılara göstərilən qayğı gələcək nəslin sağlam böyüməsinə, asudə vaxtını səmərəli keçirməsinə və sağlam həyat tərzi sürməsinə mühüm töhfədir. Sizin idmana qayğınız həm də ölkəmizin adının beynəlxaq səviyyədə ucalması və tanınmasında mühüm rol oynayır. İndi dünya ictimaiyyəti Azərbaycanı idman ölkəsi kimi tanıyır və qəbul edir.

Əziz Prezidentimiz, gördüyünüz işlərin dəyəri böyükdür. Hər bir işinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Ruzanna Səxavət qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.