01 noyabr 2019, 11:15

Rəşad Bəxtiyarov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illiyi münasibətilə imzaladığınız sərəncamlar kollektivimizdə böyük sevinclə qarşılandı. Teatrımızın üzvlərinin fəxri adlarla, orden və medallarla, diplomlarla təltif edilməsi hər birimizi fərəhləndirir, həmçinin bizə stimul verir. Şübhə yoxdur ki, bu amil Akademik Milli Dram Teatrının daha da inkişaf etməsinə, yeni əsərlərin uğurla səhnəyə qoyulmasına müsbət təsir göstərəcəkdir.

Təltif olunan şəxslər sırasında biz də varıq. Siz bizi “Əməkdar artist” fəxri adına layiq görmüsünüz.

Cənab Prezident, əməyimizi yüksək qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirik. Sizin diqqət və qayğınız sayəsində Azərbaycan teatrlarının yeni zirvələr fəth edəcəyinə əminik. Bu yolda üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışacağıq.

Hörmətlə,

Bəxtiyarov Rəşad Qarayev Elnar

Babayeva Əminə.

Azərbaycan Respublikası, Bakı şəhəri.