31 oktyabr 2019, 17:00

Zamiq Yusiflidən, Siyəzən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin siyasi və iqtisadi sahələrdə gördüyünüz işləri, qazandığınız uğurları izləyir, ailəm ilə birlikdə Sizi dəstəkləyir və Sizə təşəkkür edirəm.

Ulu öndərimiz Heydər Əliyev kimi, Siz də xalqımıza qayğı göstərir, idarəetmə bacarığınız və müdrikliyiniz hesabına böyük uğurlar əldə edirsiniz. Ona görə də xalqımız Sizi sevir və daim dəstəkləyir.

Cənab Prezident, mən bir məsələyə görə Sizə xüsusilə təşəkkür etmək istəyirəm. Mənim doğulduğum və hazırda yaşadığım Siyəzən rayonu Sizin sayənizdə böyük inkişaf yolu keçmişdir. Rayonumuzun keçmişini və bu gününü gözlərim önündə canlandıranda qəlbən Sizə minnətdarlıq hissi duyuram.

Sizə, Mehriban xanıma və ailənizin bütün üzvlərinə uzun ömür, cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Yusifli Zamiq Tahir oğlu

Azərbaycan Respublikası, Siyəzən rayonu.