Bərdə rayonunda fəaliyyət göstərən Ağdam rayon köçkün orta məktəblərinin kollektivləri adından, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi və Aşqabad şəhərlərində keçirilən mötəbər sessiya və iclasda Ermənistanın bədnam əməlləri və onun hazırkı baş nazirinin uydurma bəyanatı ilə bağlı səsləndirdiyiniz fikirlərə və qiymətli sözlərə görə Sizə “çox sağ olun!” deyirik.
Sizin rəhbərliyiniz dövründə Azərbaycan dövlətinin gördüyü işlər, beynəlxalq aləmdə sülhün təşəkkül tapmasına, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi dəyərli töhfələr təkcə bizim tərəfimizdən deyil, xarici ölkələrin rəsmi nümayəndələri, eləcə də sadə vətəndaşları tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Ermənistan tərəfi isə hər zaman dünya ictimaiyyətini çaşdırmaqla, yalan və uydurma bəyanatlar səsləndirməklə gündəmə gəlir. Siz öz sözlərinizlə onların bu iftiralarını, yalanlarını ifşa edir, Azərbaycanın adını daim ucaldırsınız.
Sizin bu işləriniz bütün xalqımız kimi, Ağdam rayonunun təhsil işçiləri tərəfindən də həmişə dəstəklənir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Bərdə rayonunda fəaliyyət göstərən Ağdam rayon köçkün orta məktəblərinin kollektivləri adından,
Quliyev Nizami Köçəri oğlu, Məmmədov Vaqif Məhəmməd oğlu, Məmmədov Şeldar Rüstəm oğlu, Quliyeva Mehriban Habil qızı, Həsənov İqbal Əfqan oğlu və başqaları (cəmi 12 nəfər).
Azərbaycan Respublikası, Bərdə rayonu.