Namiq Kərimov və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident.
Dövlətimiz və xalqımız naminə göstərdiyiniz yorulmaz və məqsədyönlü fəaliyyətinizi ürəkdən bəyənir, bütün sahələrdə apardığınız genişmiqyaslı quruculuq işlərini və islahatları tam dəstəkləyirik.
Oktyabrın 28-də Qəbələ rayonuna səfəriniz zamanı İsmayıllı-Muğanlı yolunun yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırıq bizləri çox sevindirdi. Bu yolun turizm üçün xüsusi önəm daşıması ilə əlaqədar qeyd etdiyiniz fikirlər ölkənin iqtisadi inkişafı üçün apardığınız siyasətin düzgünlüyünü və uzaqgörənliyini bir daha sübut etdi. Verdiyiniz hər bir qərarın xalqın rifahı naminə olduğuna əminik və vətəndaş olaraq Sizi hər zaman dəstəkləyirik.
Siz layiqli dövlət başçısı kimi ölkəmizdə sabitliyin, əmin-amanlığın qarantısınız. Apardığınız məqsədyönlü siyasət və gördüyünüz bütün işlərdə Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla,
İsmayıllı şəhər sakinləri adından:
Hafiz Kərimov,
Mirvari Musayeva,
Humay Talıbova,
Şəfaqət Rəsulov,
Əhmədağa Ələkbərov,
Zaur Muradov,
Ədibə Əliyarova,
Dilşad Baxşəliyeva,
Balakişi Xudiyev.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.