Anar Şahmuradovdan, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident.
Oktyabrın 28-də Ağdaş rayonuna etdiyiniz səfər biz ağdaşlılarda böyük sevinc və qürur hissləri oyatdı. Siz ölkəmizin hər bir bölgəsinə olduğu kimi, Ağdaşa da hər zaman xüsusi diqqət və qayğı göstərirsiniz.
Əvvəlki səfərləriniz kimi, son səfəriniz də proqramının zənginliyi ilə yadda qaldı. İstifadəyə verilən obyektlər və müəssisələr Ağdaşın timsalında ölkəmizin inkişafının göstəricisidir. Açılış mərasimlərində şəxsən iştirakınız bir daha sübut edir ki, Siz hər zaman ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq və firavanlıq şəraitində yaşaması üçün yorulmadan çalışırsınız.
Ağdaşda həyata keçirilən hər bir infrastruktur layihəsi rayon sakinləri tərəfindən böyük razılıq və məmnunluq hissi ilə qarşılanır.
Rayonumuza göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ağdaşlılar Sizin ətrafınızda sıx birləşiblər və bundan sonra da birləşəcəklər. Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Şahmuradov Anar Rafiq oğlu.
Azərbaycan Respublikası, Ağdaş rayonu.