30 oktyabr 2019, 13:10

Xəyal Zeynalovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Regionların inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində bütün şəhər və rayonlarımız, qəsəbə və kəndlərimiz sürətlə inkişaf edir, yerlərdə böyük quruculuq və abadlıq işləri aparılır. Bizim Mingəçevir şəhərində də abadlıq işləri sürətlə gedir. Bu günlərdə bizim yaşadığımız məhəllədə və bir çox başqa məhəllələrdə daxili küçələr asfaltlanıb, yeni oturacaqlar qoyulub, işıqlandırma sistemi qurulub.

Cənab Prezident, görülən abadlıq işlərinə görə şəxsən öz adımdan və binamızın sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Biz hər zaman Sizin apardığınız siyasəti dəstəkləyir və hər zaman Sizinləyik.

Allah Sizə və ailənizə daim cansağlığı versin.

Hörmətlə,

Zeynalov Xəyal Nüvər oğlu.