Tacir Əliyev və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınızla Azərbaycanın haqq səsini dünyaya çatdırdınız və işğalçı ölkənin canına qorxu saldınız. Sizin tərəfinizdən həyata keçirilən siyasətin başlıca məqsədi Azərbaycanı daha qüdrətli dövlətə çevirməkdir. Xalq bu siyasətinizi dəstəkləyir, işıqlı gələcəyə yolun Sizinlə olduğunu bilir.
Cənab Prezident, Siz beynəlxalq arenalarda Azərbaycanın uğurlarını bəyan etməklə, dövlətimizi tanıtmaqla bizi sevindirir, yeni uğurlara ruhlandırırsınız. Sizin yorulmadan gördüyünüz işlərin nəticəsində bu gün Azərbaycan xalqı sabitlik, əmin-amanlıq şəraitində yaşayır. Əminik ki, yaxın günlərdə doğma torpaqlarımıza qayıdacaq, bayrağımız isə Şuşada dalğalandıracağıq. Allah Sizi qorusun.
Hörmətlə,
Əliyev Tacir Kamran oğlu
Nəsirov Ələkbər İslam oğlu
Abışov Habil Rasim oğlu
Məhərrəmova Aybəniz Famil qızı
İsmayılov Məhərrəm Qacay oğlu
Quliyev Ramil Şəmil oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Sarıcalı kəndi.