Sahib Həsənov və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin diqqət və qayğınız sayəsində Tərtər şəhərində və rayonun kəndlərində geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Görülən işlər insanların sevincinə səbəb olur, onlarda xoş ovqat yaradır.
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını daşıyan bizim küçədə hazırda əsaslı təmir işləri görülür, divarlara aqlay və müxtəlif bəzək daşları vurulur. Hasarlar, ağaclar səliqəyə salınır, işıq, qaz, rabitə xətləri təmir olunur. Küçəmizdə işıqlandırma sistemi qurulub, yola asfalt örtüyü salınıb.
Cənab Prezident, bütün bu işlərə görə küçəmizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.
Hörmətlə,
Həsənov Sahib
İbişov Elburus
Qarayev Mayıl
Həsənov Müşviq
Əsgərov Elçin
Paşayev Ceyhun.
Azərbaycan Respublikası, Tərtər rayonu.