Rövşən Ağakişiyevdən, Saatlı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Siz bu yolu uğurla davam etdirir, möhkəm təməllər üzərində qurulmuş dövlətimizi yüksək idarəetmə bacarığınız və müdrikliyiniz hesabına daha da irəli aparırsınız. Görülən işlər insanların yaşayışının, güzəranının yaxşılaşmasına müsbət təsir göstərir.
Ölkəmizdə yeni məktəblərin tikilməsi, köhnələrin əsaslı təmir edilməsi, həmin məktəblərdə müəllimlər və şagirdlər üçün hər bir şəraitin yaradılması təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb. Bu isə öz növbəsində dövlətimizin və xalqımızın gələcəyi üçün mühüm amildir.
Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirəm. İşləriniz avand olsun.
Hörmətlə,
Ağakişiyev Rövşən.
Azərbaycan Respublikası, Saatlı rayonu.