28 oktyabr 2019, 17:20

Lətifə Məhərrəmovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Dağları zirvələri ilə, xalqları qəhrəman oğulları ilə tanıyarlar. Siz Azərbaycanın qəhrəman oğlu kimi, həm haqq səsimizi dünyaya çatdırır, həm də ölkəmizi sürətlə inkişaf etdirərək dünyada tanıdırsınız.

Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız da dünyaya bir mesaj oldu. Siz hamını bir daha əmin etdiniz ki, Azərbaycan əzəli torpaqlarını azad etmək əzmindədir.

Cənab Prezident, Sizin çıxışınız hər birimizin ürəyində böyük fərəh hissi yaradıb. Yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildirir, yeni uğurlar arzulayır, Allahdan uzun ömür, cansağlığı diləyirik.

Hörmətlə,

Məhərrəmova Lətifə Rüstəm qızı, Ağdam rayonu 37 nömrəli köçkün məktəbinin direktoru.

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.