28 oktyabr 2019, 17:05

Dilbər Süleymanovadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə bizim kəndimizə mavi yanacaq verildi. Buna görə sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizlərə yaşadan Sizləri Allah sevindirsin.

Cənab Prezident.

Biz dövlətə və dövlətçiliyə daim sadiq olmuşuq. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanı daim yüksəlişə aparan bu siyasi xətti uğurla davam etdirən Siz Prezidentimizi dəstəkləmişik. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq aləmdə öz sözünü deyə bilən qüdrətli Azərbaycanda yaşayırıq, bu uğurlu siyasətin nəticəsidir ki, rayon mərkəzindən 20 kilometr uzaqda yerləşən ucqar kəndimizdə müasir tələbələrə cavab verən məktəbimiz var, asfalt yollarımız var və bundan sonra mavi yanacağımız da olacaq.

Əziz Prezidentimiz, bu ucqar kəndimizdə bizim rahat yaşamağımız üçün yaratdığınız şəraitə görə bütün kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

İsmayıllı rayonu Soltankənd sakini

Süleymanova Dilbər Allahverdi qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Soltankənd kəndi.