28 oktyabr 2019, 13:25
Vəzir İbadov və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız hər birimizin ürəyindən xəbər verdi. Biz Sizə inanır, qəbul etdiyiniz qərarları dəstəkləyir, bir əmrinizlə işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq.
Sizin qətiyyətli çıxışınız bütün məcburi köçkünləri sevindirməklə yanaşı, onların doğma yurdlarına qayıtmaq ümidini daha da gücləndirdi. Allah Sizə kömək olsun.
Hörmətlə,
İbadov Vəzir Sabir oğlu
Paşayev Ramil Məhəmməd oğlu
Ağayev Xanlar Əli oğlu, Ağdam rayonunun Kəngərli kəndindən məcburi köçkünlər.
Azərbaycan Respublikası, Ağdam rayonu.