Qabil İsmayılov və başqalarından, Ağdam, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Ataların gözəl sözü var: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Siz Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında öz kəsərli sözlərinizlə Ermənistan baş nazirinə elə bir yara vurdunuz ki, çətin o, bunu ömür boyu unutsun.
Bu sözlərlə Siz, eyni zamanda, biz məcburi köçkünlərə yeni ümidlər, torpaqlarımıza qayıdacağımıza inam verdiniz. Biz o günü böyük səbirsizliklə gözləyirik. Sizin rəhbərliyiniz altında Qarabağın yenidən cənnət-məkana çevriləcəyinə, münaqişə ocağı kimi deyil, turizm diyarı kimi öz adı ilə dünyaya səs salacağına inanırıq.
Uca Tanrı bu kəşməkəşli yolda Sizə kömək olsun!
Ağdam rayonunun İsmayılbəyli kəndindən məcburi köçkünlər adından hörmətlə,
İsmayılov Qabil Adil oğlu,
Abbasov Qələndər Nuğay oğlu,
Ağayev Kamil Böyükkişi oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.