Rauf Abbasovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin siyasətinizi ürəkdən dəstəkləyirəm. Sizin Azərbaycan xalqının rifahı, əmin-amanlığı üçün gördüyünüz işlər hər bir azərbaycanlının ürəyincədir və mən bunu həmişə olduğu kimi yüksək qiymətləndirirəm.
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü bundan xəbər verir ki, dünya ölkələri sırasında inkişaf etmiş güclü dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. Bu, Uca Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilmiş xilaskar ulu öndər Heydər Əliyevin və böyük əvəzolunmaz lider İlham Heydər oğlu Əliyevin sayəsindədir.
“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçılarının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı Sizə böyük ehtiram və hörmət bəslənildiyini, Sizin güclü dövlət başçısı olduğunuzu bir daha sübut etdi.
Mən vətənpərvər ruhlu Azərbaycan vətəndaşı olaraq inanıram ki, Sizin rəhbərliyiniz altında torpaqlarımız işğaldan azad ediləcək və müqəddəs Azərbaycan bayrağı Qarabağ torpaqlarında dalğalanacaq.
Cənab Ali Baş Komandan, Sizə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Abbasov Rauf Müzəffər oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.