Azər Səmədov, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil etməyinizdən qürur hissi keçirirəm. Sizin siyasi arenada fəal mövqeyiniz, düşmənlərimizə diplomatik cavablarınız xalqımıza ruh verir.
Son zamanlar apardığınız struktur islahatları bir vətəndaş kimi məndə ölkəmizin daim inkişaf edəcəyinə əminlik yaradır. Mövcud çatışmazlıqlar Sizin müdrik qərarlarınızla aradan qaldırılır. İslahatlar ən mühüm sahələri əhatə edir və əminəm ki, qısa bir zamanda öz nəticələrini göstərəcək.
Bu cür işlər təkcə indiki zamanı əhatə etmir, gələcək nəslin əminliklə rahat yaşaması üçün mühüm fundament yaradır. Sizə bu çətin, mürəkkəb işlərdə ancaq uğurlar arzu edirəm və daim öz vətəndaş borcumu yerinə yetirməklə dəstək olacağımı bildirirəm.
Hörmətlə,
Səmədov Azər Aqil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.