Mahir Buludovdan, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezident.
Son günlərdə respublikada baş verən bəzi hadisələr, o cümlədən yersiz aksiyalar və icazəsiz mitinqlər Vətənini, torpağını sevən bir azərbaycanlı kimi məni də çox narahat edir. Bəzi insanlar əhaliyə boş və yalançı vədlər verməklə, insanları aldatmaqla küçələrə salıb lazımsız aksiyalar keçirir. Mən nəinki öz adımdan və ailəm adından, bütün Biləsuvar əhalisi adından əminliklə deyə bilərəm ki, biz Sizi həmişə dəstəkləmişik və bu gün də Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Bugünkü rahat yaşayışımız, övladlarımızn xoş, firavan həyatı, əmin-amanlıq və sakitçilik üçün ümummilli liderimiz Heydər Əliyevə və Sizə borcluyuq. İmkan vermərik ki, bəzi müxalif qüvvələr ölkəmizdə sabitliyi pozsun. Biz bir vətəndaş kimi daim Sizin arxanızdayıq.
Ulu Öndərimizin böyük zəhməti, gərgin əməyi hesabına qurduğu, Sizin – təcrübəli və praqmatik bir şəxsiyyətin Prezidenti olduğu bu dövləti kimsə sarsıda bilməz.
Allah köməyiniz olsun. Amin!
Hörmətlə,
Buludov Mahir Niyabxan oğlu
Azərbaycan Respublikası, Biləsuvar rayonu.