25 oktyabr 2019, 19:30

Adil Bağırov və başqalarından, Sabirabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əmin olun ki, sabirabadlılar həmişə Sizin yanınızdadır, Sizə arxadır. Sizin siyasətiniz həyatımıza işıq salıb, güzaranımızı yaxşılaşdırıb. Yaratdığınız sabitlik və əmin-amanlıq bizi daha böyük ümidlə və inamla çalışmağa sövq edir.

Sizin tapşırığınızla dövlət orqanlarının rəhbərlərinin rayonlara gəlməsi, vətəndaşları qəbul edib onların problemləri ilə maraqlanması və həllinə çalışması alqışa layiqdir. Uzun illər rayon mərkəzi ilə Suqovuşan, Əsədli və Qəfərli kəndlərini birləşdirən körpü qəzalı vəziyyətdə idi. Sentyabr ayında qəbulda qaldırdığımız məsələ öz həllini qısa müddətdə tapdı.

Sizə minnətdarıq, cənab Prezident. Allah Sizi başımızın üzərindən əskik etməsin.

Sabirabad rayon Suqovuşan kənd sakinləri adından hörmətlə,

Bağırov Adil İbrahim oğlu,

Qasımov Ramazan Əli oğlu,

Əmirov Daşqın Allahyar oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Suqovuşan kəndi.