Rafiq Əliyev və başqalarından, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ermənistan baş nazirinin populist bəyanatına “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri ilə cavab verməyiniz düşmən tərəfi kəsərli qılınc kimi yaraladı, onların hansısa fikir formalaşdırmaq cəhdlərini məhv etdi. Bu sözlər, eyni zamanda, bizə stimul verdi, bizi daha da ruhlandırdı. Aşqabadda səsləndirdiyiniz tutarlı faktlar isə ermənilərin əsl xislətinin nədən ibarət olduğunu dolğun ifadə edir.
Biz qarabağlılar daim ətrafınızda sıx birləşərək Sizi dəstəkləyirik. Əminliklə inanırıq ki, işğal altında olan Qarabağımız Sizin sayənizdə tezliklə azad olunacaq. Biz Sizin siyasətinizdən ruhlanıb daha da inkişaf edəcəyik.
Əziz Prezidentimiz, biz Sizinlə fəxr edir, Sizə güvənirik! Sizə cansağlığı arzulayır, yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Əliyev Rafiq,
Əhmədov Əyyub,
Əliyeva Fəridə,
Bayramova Sürəyya,
Məmmədov İdris və başqaları (cəmi 12 nəfər).
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.