25 oktyabr 2019, 15:12

Sahib Mahmudov və başqalarından, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Soçi və Aşqabad şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə mötəbər kürsülərdən etdiyiniz dəyərli və cəsarətli çıxışlar biz Ağdam rayon təhsil işçilərində böyük fərəh və sevinc hissi yaratmışdır. Bədnam düşmənimizə layiqli cavab verdiyinizə və onların əsl simasını faktlarla sübut etdiyinizə görə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.

Cənab Prezident, biz Sizə sığınırıq, arxalanırıq və həmişə Sizinləyik. Düşmənlərimizə bir daha məlum olsun ki, Qarabağ bizimdir, bizim də olacaq!

Hörmətlə,

Mahmudov Sahib,

Ağayeva Zənfurə,

Kərimova Çimnaz,

Məmmədov Nadir,

Mirzəyev Ramil və başqaları (cəmi 20 nəfər).

Azərbaycan Respublikası, Ağdam rayonu.