İdrak İsrəfilovdan, Zərdab, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin sərəncamlarınız, tapşırıqlarınız və təsdiq etdiyiniz dövlət proqramları əsasında bu gün respublikamızda yol-nəqliyyat ifrastrukturunun yenilənməsi, müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bunun sayəsində indi ən ucqar kəndlərə də rahat gedib çıxa bilirik.
Bizim kəndin yolu da yararsız idi. Bu il yolumuz əsaslı təmir olunmuşdur. Yol mədəniyyətdir, iqtisadiyyatdır deyirlər. Şübhə etmirik ki, yeni yol kəndimizin mədəni və iqtisadi həyatının canlanmasına öz müsbət təsirini göstərəcəkdir.
Əziz Prezidentimiz, bu xoş güzəranı bizə bəxş etdiyinizə görə Zərdab rayonunun Dəkkəoba kəndinin əhalisi adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Hörmətlə,
İsrəfilov İdrak Hüseyn oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu.