25 oktyabr 2019, 15:05

Həsənağa Səfərovdan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə Quba rayonunda görülən işlər tərifəlayiqdir. Abadlıq işləri, yeniliklər Quba əhalisinin ürəyinə yol tapmışdır. Heç vaxt fikirləşməzdik ki, Qubadan Qonaqkənd kəndinə və bəzi ucqar kəndlərə yol çəkilər. Ancaq bu gün bu, reallıqdır.

Mən Quba rayonunun Zərdabi qəsəbəsində yaşayıram. Son zamanlar qəsəbəmizdə aparılan abadlıq işləri, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbinin, Ruhi-Əsəb Dispanserinin yenidən və müasir standartlara uyğun təmiri əhalini məmnun etmişdir. Meyvəçilik və Çayçılıq ETİ-nun açılışında şəxsən iştirak etməyiniz bizi qürurlandırmışdır.

Qəsəbəmizin yararsız məktəbinin sökülüb yenidən inşa ediləcəyini duyduqda, bütün sakinlər kimi, mən də şad oldum və qərara aldım ki, Sizə dərin minnətdarlığımı bildirim. Allah köməyiniz olsun!

Hörmətlə,

Səfərov Həsənağa Səfər oğlu

Azərbaycan Respublikası, Quba rayonu, Zərdabi qəsəbəsi.