25 oktyabr 2019, 14:30

Məhəmməd Məmmədovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Kəndimizin avtomobil yolunun asfaltlanmasına görə kənd sakinləri adından Sizə təşəkkür edirəm.

Bizim üçün bu problemin həll olunması çox vacib idi. Ona görə ki, əsas işlək yolumuz olduğundan narahatlıq yaradırdı. İndi isə bu yoldan rahat istifadə edir, işlərimizi vaxtında görə bilirik.

Əziz Prezidentimiz, Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Məmmədov Məhəmməd Cəlal oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.