25 oktyabr 2019, 14:05

Baxşeyiş Hacıyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Dağlıq Qarabağ münaqişəsinin həlli və torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti, həmçinin ölkə iqtisadiyyatının inkişafı, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənib dəstəkləyirik.

Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin sürətli inkişafı bizi əmin edir ki, işğal olunan torpaqlarımız tezliklə azad olunacaq.

Cənab Prezident, xalqımızın Sizə etimadı və güvəni sonsuzdur. Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınızda səsləndirdiyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri Vətəninə, dövlətinə, Prezidentinə sadiq olan hər bir vətəndaşın ürəyindən xəbər verdi.

Sizin qətiyyətli mövqeyinizi dəstəkləyirik. Yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildirir, bu çətin işinizdə uğurlar diləyirik. İnanırıq ki, yaxın gələcəkdə biz öz doğma torpaqlarımıza qayıdacağıq. Üçrəngli müqəddəs bayrağımızın Ağdamda dalğalanacağı günün uzaqda olmadığını düşünürük.

Hörmətlə,

Hacıyev Baxşeyiş Hacı oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.