24 oktyabr 2019, 18:45

Ağakişi Kişiyevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın hər bir bölgəsində, o cümlədən yaşadığımız Lerik rayonunda aparılan abadlıq və quruculuq işləri hamımızı sevindirir. Bu işlərə görə Sizə - Ümummilli Liderimizin layiqli davamçısına minnətdarlığımızı bildiririk.

Kəndimizə, həmçinin qonşu Orand, Nuravud və Zərdəbərə kəndlərinə yeni asfalt yolun çəkilməsinə görə Şinəbad kəndinin sakinləri adından Sizə təşəkkür edirik. Ucqar kəndlərə belə keyfiyyətli yolun çəkilməsi əsl hünər tələb edir. Sizin diqqət və qayğınızla əhatə olunduğumuza, kəndimizə keyfiyyətli asfalt yolun çəkilməsinə görə çox sevinirik.

Cənab Prezident, çətin və məsuliyyətli işlərinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Kişiyev Ağakişi.

Azərbaycan Respublikası, Lerik rayonu, Şinəbad kəndi.