24 oktyabr 2019, 16:25
Elsevər Sultanovdan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin və Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün gördüyünüz işlərin bariz nümunəsi kimi “Qobu Park-2” yaşayış kompleksini göstərmək olar. Müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir tələblərə uyğun inşa edilən qəsəbələrə köçürülən məcburi köçkünlər daim diqqət və qayğı ilə əhatə olunduqlarını yaxşı bilirlər.
Mən də 2019-cu il oktyabrın 22-də “Qobu Park-2” yaşayış kompleksində mənzillə təmin olundum. Görülən işlərə görə ailəm adından və Füzuli rayonundan olan bütün köçkünlər adından Sizə təşəkkür edirəm.
Hörmətlə,
Sultanov Elsevər sahib oğlu.
Azərbaycan Respublikası, Füzuli rayonu.