24 oktyabr 2019, 14:05

Səmayə Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Azərbaycan Tibb Universitetinin yataqxanasında məskunlaşmışdım. Sərəncamınıza əsasən salınmış “Qobu Park-2” yaşayış kompleksi mənim kimi yüzlərlə məcburi köçkün üçün ümid və sevinc mənbəyi oldu.

Sizin və Mehriban xanım Əliyevanın bu rahat, səliqəli yaşayış kompleksinin açılışında iştirakınız qəlbimizi fərəhləndirdi. Biz hər zaman Sizin və Mehriban xanımın diqqət və qayğısı ilə əhatə olunmuşuq.

Mən 2019-cu il oktyabrın 22-də “Qobu Park-2” yaşayış kompleksində mənzillə təmin olundum. Bu qayğıya görə Sizə və Mehriban xanıma şəxsən öz adımdan və yeni yaşayış kompleksində mənzillə təmin olunan məcburi köçkünlər adından təşəkkür edirəm.

Hörmətlə,

Hüseynova Səmayə Şükür qızı, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.