23 oktyabr 2019, 17:45
Solmaz Axundova və başqalarından, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz uzun illərdir Lənkəran şəhərində yaşayırıq. Son zamanlar şəhərimizdə aparılan təmizlik və abadlıq işləri sanki gözümüzün qarşısında baş verən möcüzədir. Küçələr təmizlənir, təmir edilir, işıqlandırılır. Əvvəllər bizim yaşadığımız küçədə də anti-sanitariya var idi. İndi isə qocalar, uşaqlar boş vaxtlarını səliqəli, təmiz küçədə keçirməkdən məmnunluq duyurlar.
Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarıq. Allah Sizə cansağlığı versin. Xoş diləkli dualarımız Sizədir. Yolunuz açıq və işıqlı olsun.
Hörmətlə,
Axundova Solmaz,
Bağırova Şükufə,
Əliyeva Xavər,
Axundova Gülzar,
Əliyeva Ruqiyyə.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.