23 oktyabr 2019, 12:55

Üzeyir Məmmədovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sayənizdə rayonumuz gözəlləşir və inkişaf edir. Aztəminatlı ailələrin üzvlərinin yeni iş yerləri ilə təmin olunması həmin onların böyük sevincinə səbəb olub. Kəndlərdə insanları narahat edən problemlər həll edilir. Lerik rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və aztəminatlı ailələr hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Hörmətli cənab Prezident, bir Azərbaycan vətəndaşı kimi, dövlətimizə xələl gətirən müxalifət qüvvələrini qətiyyətlə pisləyirik. Əgər bu gün xalqımız azad və demokratik bir ölkədə təhlükəsiz şəraitdə yaşayırsa, biz buna güclü rəhbərin – Sizin sayənizdə nail olmuşuq və bütün bunlara görə Sizə təşəkkür edirik. Biz - Qarabağ müharibəsi əlilləri Sizin ətrafınızda daim sıx birləşmişik və hər zaman Sizinləyik.

Hörmətlə,

Məmmədov Üzeyir Cavanşir oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.