23 oktyabr 2019, 12:30
Cavanşir Avdınovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
“Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı məzmunlu, maraqlı çıxışınız, düşmənə yüksək diplomatik cavabınız rayonumuzun ağsaqqallarını, ziyalılarını və gənclərini bir daha qürurlandırdı.
Cənab Prezident, bu cür addımlarınız Azərbaycanın dünya ölkələri arasındakı mövqeyini gündən-günə gücləndirir və Ermənistana böyük zərbə vurur. Bu qətiyyətli çıxışınızı hər zaman dəstəkləyirik. Xalqımız Sizinlə fəxr edir.
Bir vətəndaş olaraq bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirir, yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Avdınov Cavanşir Etibar oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.