23 oktyabr 2019, 10:20
Məleykə Məmmədova və başqalarından, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınızla beynəlxalq aləmə mühüm mesaj verdiniz, Azərbaycanın haqq səsini ucaltdınız. Həmin yüksək tribunadan səslənən hər kəlməniz bizi Qələbəyə, xoş günlərə, doğma Qarabağımızı abad görməyə daha da ruhlandırdı.
İnanırıq ki, yürütdüyünüz siyasət, Azərbaycan naminə atdığınız addımlar sayəsində tezliklə öz doğma yurdumuza qayıdacağıq.
Hörmətlə,
Məmmədova Məleykə Balakişi qızı, şəhid ailəsinin üzvü
Rüstəmov Vaqif Usub oğlu
İbrahimov Mirzə Nəcəf oğlu
Bağırov Sevindik Məhərrəm oğlu
Məhərrəmov Ənvər Məhiyəddin oğlu
Nəsirov Zahir Həsən oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, İmamqulubəyli kəndi.