22 oktyabr 2019, 18:15

Rüfət Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Mən Sizin siyasətinizi ürəkdən dəstəkləyirəm. Sizin Azərbaycan xalqının rifahı üçün gördüyünüz işlər hamımızın ürəyincədir.

Arzum budur ki, Siz daim xalqımızın başının üstündə durasınız. Çünki bir mayak kimi hamımıza yol göstərir, yaxşı yaşamağımız üçün çalışır, gənclərə böyük ümidlər verirsiniz. Azərbaycan gəncləri Sizi dəstəkləyir. “İlhamla irəli” şüarı bizim amalımıza çevrilib.

Yorulmaz fəaliyyətinizə görə Sizə özümün və ailəmin adından minnətdarlığımı bildirir, yeni uğurlar diləyirəm!

Hörmətlə,

Əliyev Rüfət Rafiq oğlu,

Tələbə

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.