22 oktyabr 2019, 15:15

Gülağa Rzayevdən, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycanın sürətli inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Siz Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirirsiniz. Bunun nəticəsində ölkəmizdə geniş tikinti-quruculuq işləri gedir, infrastruktur yenilənir, respublikanın yol-nəqliyyat sistemi müasirləşir. Sizin göstərişlərinizlə ən ucqar kəndlərə də keyfiyyətli, rahat yollar çəkilir.

Müvafiq sərəncamlarınıza əsasən Astara rayonunda da böyük quruculuq işləri aparılır. Yolların yenidən qurulması bölgənin sürətli inkişafına, xalqın sosial rifahının yüksəldilməsinə töhfə verəcək.

Hörmətli cənab Prezident, Astara rayonuna göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı bütün xeyirxah işlərdə köməyiniz olsun.

Hörmətlə,

Rzayev Gülağa, Astara Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Astara rayonu.