Daşqın Cəbiyevdən, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən bir gənc fəal olaraq daim Sizinləyəm və Sizin uğurla həyata keçirdiyiniz siyasətinizi dəstəkləyirəm. Son zamanlar ölkədə aparılan islahatlar və dinamik inkişaf qürurvericidir. Sizin apardığınız islahatlara qarşı çıxan və mane olmaq istəyən antimilli qüvvələrin əməllərini qətiyyətlə pisləyirik.
Cənab Prezident, oktyabrın 15-də keçirdiyiniz iqtisadi müşavirədəki çıxışınızda verdiyiniz tapşırıqlar biz gənclərə göstərilən qayğınızın nəticəsidir. “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”. Sizin gənclər haqqında dediyiniz bu fikirlər bu bizi daha da qürurlandırır.
Cənab Prezident, Sizin qətiyyətli siyasi iradəniz nəticəsində ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Biz Sizin Azərbaycanın ümumi inkişafı üçün gördüyünüz işləri, gənclərə göstərdiyiniz etimadı alqışlayır və Sizə daim uğurlar diləyirik. Əminik ki, Sizin başlatdığınız islahatların nəticəsində ölkəmiz müxtəlif sahələrdə daha böyük uğurlar qazanacaq.
Hörmətlə,
Cəbiyev Daşqın Elçin oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.