Elvin Məmmədovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan!
Biz məcburi köçkünlər Sizin sayənizdə öz doğma yurd-yuvamıza dönəcəyimiz günü səbirsizliklə gözləyirik.
Sizin Rusiya Federasiyasının Soçi şəhərində təşkil olunmuş nüfuzlu “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışınızdan, dünya ölkələri qarşısında işğalçı Ermənistanın avantürist hakimiyyətinə ünvanlanmiş sərt sözlərinizdən bir azərbaycanlı məcburi köçkün kimi çox təsirləndim, dərin qürur və rəğbət hissi duydum.
Sizin qətiyyətli mövqeyiniz hər bir vətənpərvər insan kimi, mənim də Şuşanın, Xankəndinin və işğal altında olan digər əzəli torpaqlarımızın tezliklə azad ediləcəyinə olan inamımı daha da möhkəmləndirmişdir. Mən və ailəm Sizinlə fəxr edir, Sizi dəstəkləyirik.
Hörmətlə,
Məmmədov Elvin Allahverdi oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.